Prezident İlham Əliyevin düzgün və uzaqgörən siyasəti firavan gələcəyimizin ən böyük zəmanətidir - ÖZƏL

"Azərbaycanın böyük enerji potensialı var. Bu isə ölkəmizin və xalqımızın maraqları naminə düzgün, məqsədyönlü şəkildə istifadə olunur".

"OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri səsləndirən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev deyib ki, Azərbaycan enerji sahəsindəki böyük layihələrini uğurla həyata keçirir:

"Bu gün sadəcə enerji sahəsində deyil, Azərbaycan ölkəmizin milli maraqlarını layiqincə təmin edəcək bütün sahələr üzrə dünya dövlətləri arasında etibarlı və strateji tərəfdaş ölkəyə çevrilib. Ona görə ki, böyük siyasəti həyata keçirən böyük Liderimiz-Cənab İlham Əliyev vardır. Prezident İlham Əliyevin düzgün və uzaqgörən siyasəti firavan gələcəyimizin ən böyük zəmanətidir".

Hakim partiya rəsmisi deyib ki, Azərbaycan son zamanlarda sadəcə neft, qaz sahəsində deyil, eləcə də qeyri-neft, qaz sektorları sahəsində də böyük inkişafa və müsbət nəticələrə nail olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31