Azərbaycan mərhələli inkişaf yolunda inamla irəliləyir - ÖZƏL
7 İyun 2023 13:56 Siyasət"Müstəqilliyini yenidən bərpa etdikdən sonra, Azərbaycan Respublikası mərhələli inkişaf yolunda inamla irəliləyir. Keçirilən dinamik islahatlar ictimai-siyasi, iqtisadi, sosial-mədəni sahələrdə inkişafa doğru transformasilayara səbəb olub". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən "International Law Centre" Beynəlxalq Hüquq Mərkəzinin təsisçisi və rəhbəri Əli İbrahimov deyib ki, bütün bu proseslər ölkə vətəndaşlarının yaşayış şəraitinin yüksəldilməsinə və Azərbaycanın dünya dövlətləri arasında mövqeyinin möhkəmlənməsinə xidmət edir:
"Respublikamız müstəqilliyə qovuşduqdan sonra son iyirmi ildə aparılan hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, ölkənin bütün sahələrini əhatə edən köklü islahatlar insanların fəal ictimai proseslərə qatılması üçün münbit şərait yaradıb"