Ənənəvi erməni hiyləgərliyi də özünü göstərməkdədir - ÖZƏL
7 İyun 2023 11:44 Siyasət"Azərbaycan ictimaiyyəti Ermənistanın rəhbər şəxslərinin tez-tez qeyri-adekvat və əsassız açıqlamalarla çıxış etməsinə öyrəşib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri səsləndirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, sərhədlərin delimitasiyası prosesini indiyə qədər müxtəlif bəhanələrlə yubadan Ermənistan tərəfinin indi də məhz 1975-ci il xəritəsinə istinad edilməsini təkid etməsi həqiqətən də absurddur:
"Sözsüz ki, burada ənənəvi erməni hiyləgərliyi də özünü göstərməkdədir. Məsələ burasındadır ki, digər xəritələrdən fərqli olaraq sözügedən xəritədə anklavlar öz əksini tapmayıb. Bu da müəyyən mənada Ermənistanın maraqlarına cavab verir. Rəsmi İrəvanın bütün canfəşanlığı da ilk növbədə bundan qaynaqlanır. Eyni zamanda İrəvan bundan istifadə edərək danışıqları qəsdən dalana dirəyir".