Azərbaycanın beynəlxalq reytinqi günü-gündən artır
1 İyun 2023 16:29 SiyasətBunun təməlində prezident İlham Əliyevin uğurlu xarisi siyasəti durur
Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında ən qabaqcıl yerlərdən birini tutur. Qürürverici bir haldır ki, son dövrlərdə Azərbaycan dövlətçiliyi yüksək templə inkişaf edir. Artıq dünya dövlətləri Azərbaycanın irəli sürdüyü yeni siyasi reallıqların fərqinə varır, ölkəmizi etibarlı siyasi tərəfdaş qismində qəbul edirlər. Azərbaycan hal-hazırda siyasi, iqtisadi, hərbi, mədəni sahələr üzrə inkişafa və əldə etdiyi nəticələrə görə dünyada söz sahibi olan ölkəyə çevrilib. Bu inkişafın təməlində isə uzaqgörən, uğurlu və realllığa əsaslanan daxili və xarici siyasət dayanır. Prezident İlham Əliyevin yüksək səyləri və gərgin əməyi nəticəsində Azərbaycan beynəlxalq reytinq cədvəllərində müsbət tendensiyalar üzrə irəliləyərək bölgənin söz sahibinə çevrilən bir ölkə olmuşdur. Heç şübhəsiz, bütün bu nailiyyətlərin təməlində güclü lider İlham Əliyev fenomeni dayanır. Danılmaz bir faktdır ki, günümüzdə Azərbaycanın bir dövlət olaraq, stabil və inamlı inkişafı məhz cənab Prezidentin liderlik amili ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəfər çalmış və tarix yazan lider olaraq, həyata keçirdiyi müdrik daxili siyasəti və məqsədyönlü xarici siyasət sayəsində Azərbaycanı Cənubi Qafqazın ən güclü dövlətinə çevirməyi bacarmışdır. İlham Əliyevin prezidentliyi dönəmi Azərbaycan tarixində dünya miqyaslı infrastruktur, iqtisadi, enerji və mədəni layihələrin həyata keçrilməsi, eləcə də daxili siyasətdə mövcud neft kapitalının qeyri-neft kapitalına çevrilməsi ilə yadda qalmışdır. Regionda gerçəkləşdirilən bütün regional layihələrin əsas lokomotivi qismində məhz Azərbaycanın aparıcı rol oynaması və bu layihələrin Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik strategiyasının qurulmasında əhəmiyyətli faktor kimi qiymətləndirililməsində onun rolu danılmazdır. Məhz onun yüksək reytinqi sayəsində bu qəbildən olan dünyəvi layihələrin həyata keçrilməsi ilə ölkəmizin beynəlxalq qurumlar və xarici partnyorlar arasında nüfuzu daima möhkəmlənir, Azərbaycan dünya enerji bazarında həlledici oyunçulardan birinə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, dünya dövlətlərinin Azərbaycana qarşı marağı artır, prezident İlham Əliyev əksər beynəlxalq miqyaslı tədbirlərə dəvət olunur.
Moldovada keçirilən "Avropa siyasi birliyi"nin 2-ci Zirvə toplantısı Azərbaycan prezidentinin dəvət olunması dediklərimizi bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ikinci dəfə təşkil olunan bu tədbirin hər ikisinə dəvət edilməsi Avropanın ölkəmizə necə böyük əhəmiyyət verdiyini, onu etibarlı tərəfdaş kimi qəbul etdiyini göstərir. Bu, həm də onu deməyə əsas verir ki, Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda, qitənin və Aİ-nin gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış edir. Bu isə son illərdə, xüsusilə Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın artan nüfuzu, verdiyi sözə əməl etməsi, etibarlı tərəfdaş, regionda söz sahibi olması ilə birbaşa bağlıdır. Prezident İlham Əliyevin söylədiyi kimi: ".... bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır". Ölkəmizin bu tədbirlərə mütəmadi dəvət olunması həm də dövlətimizin başçısının şəxsi nüfuzunu, Azərbaycanın dünya miqyasında mühüm aktora çevrildiyini, beynəlxalq proseslərə təsir etmək imkanına malik olduğunu nümayiş etdirir.
Qeyd edək ki, "Avropa siyasi birliyi"nin iştirakçısı olan ölkələrin dövlət və hökumət başçıları ildə iki dəfə görüşürlər. Zirvə toplantılarında hər hansı yekun sənəd qəbul olunmasa da bu platforma Avropanın üzləşdiyi əsas çağırışların, habelə Avropa ölkələri arasında regional və ikitərəfli məsələlərin müzakirəsi məqsədilə dövlət və hökumət başçıları üçün qeyri-rəsmi mühit yaradır. Xatırladaq ki, Prezident İlham Əliyevin Praqa görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı səsləndirilən fikirlər Azərbaycanın etibarlı və perspektivli tərəfdaş kimi tanındığını, ölkəmizlə əməkdaşlığın Avropanın strateji prioritetlərindən biri olduğunu növbəti dəfə təsdiqləyir. Həmin tədbirdə dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, regional təhlükəsizlik məsələlərini daha bir mühüm platformadan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Sammit çərçivəsində "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı dövlətimizin başçısı ikitərəfli və çoxtərəfli münasibətlər, yeni geosiyasi reallıqlar, sülh, təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın aydın və prinsipial yanaşmasını, qətiyyətli mövqeyini ortaya qoydu. Praqa Zirvə toplantısı ilə bağlı daha bir məqam ondan ibarətdir ki, Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar. Moldovanın paytaxtı Kişineudan 35 kilometr məsafədə yerləşən Bulboaka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər. Praqa Sammitindən fərqli olaraq, budəfəki toplantıya daha 3 ölkə - Lixtenşteyn, Monako və San-Marino da dəvət edilib. Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin təkmilləşdirilməsi və Avropada ölkələrarası əlaqənin gücləndirilməsi mövzularında müzakirələr aparacaqlar. Heç şübhəsiz ki, bu platforma çərçivəsində də prezident İlham Əliyev Azərbaycanın mövqeyini iştirakçılara çatdıracaq, dövlət və milli milli maraqları müdafiə edəcək. Bu günki Azərbaycan artıq yeniləşən dünyanın reallıqlarına tam birmənalı olaraq cavab verərək artıq özü bölgədə yeni reallıqlar yaradır. Məhz güclü ölkənin güclü rəhbəri sayəsində artıq beynəlxalq məsələlərin həllində Azərbaycan əsas aparıcı dövlətə çevrilməyi bacarmışdır.
Alim