Vətən müharibəsində şanlı qələbəmiz hər bir Azərbaycan uşağının taleyində dönüş nöqtəsidir - ÖZƏL

"Bu gün uşaqların sağlam, xoşbəxt böyüməsi, sülh və əmin-amanlıq şəraitində yaşaması Azərbaycan dövlətinin ümdə məqsədlərindən, cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətlərinin əsas direktivlərindən biridir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. O bildirib ki,  bu istiqamətdə həm normativ baza, həm sosial müdafiə tədbirləri daim təkmilləşməkdədir:

"Vətən müharibəsində şanlı qələbəmiz isə hər bir Azərbaycan uşağının taleyində dönüş nöqtəsidir". 

Deputat deyib ki, şanlı Zəfərimizlə ilk növbədə gələcək nəsillər işğal və təcavüzdə ehtiva olunan ağır bir yükdən azad oldular:

"İkincisi, Qarabağ və Şərqi Zəngəzurdan olan, 30 illik işğal dövründə uşaqlığı, gəncliyi oğurlanmış nəsillər öz övladlarını ata yurdunda böyüdüb tərbiyə etmək imkanı qazandı. Bu gün artıq Ağalıdan, Talışdan, Laçından bu torpağın əzəli əbədi sahibləri olacaq uşaqların gülüş sədaları gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31