Ermənistan üçün sülh əsas deyil - ÖZƏL

"Ermənistan dövləti, bu ölkənin rəhbərliyi öz əməli ilə bir daha sübut edir ki, onlar üçün sülh əsas deyil".

Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. "OLAYLAR"-a daxil olan açıqlamada qeyd edilib ki, Moldovada Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirildiyi bir vaxtda qarşı tərəfin həyata keçirdiyi təxribatın bundan başqa adı yoxdur:

"Moldova paytaxtında Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirildiyi bir vaxtda ermənilərin atəşkəsi pozması, Şuşa və Xocavənd istiqamətində təxribata əl atması bir daha onu deməyə əsas verir ki.  İrəvan hökumətinin danışıqlar prosesini pozmağa yönəlmiş növbəti cəhddir. Ona görə də artıq Ermənistanın nazı ilə oynayıb onunla danışıqlar masası arxasında əyləşmək mənasızdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31