İsraillə Azərbaycanın yaxınlaşması hər iki dövlətin marağına cavab verir - ÖZƏL
1 İyun 2023 14:03 Siyasət"İsrail Prezidenti İsxak Hersoqun yürütdüyü siyasət də ikitərəfli münasibətlərə strateji xarakter verib. Belə ki, onun dövlət başçısı seçilməsindən sonra Azərbaycanla münasibətlər uğurla inkişaf edir". Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Anar Məmmədovun sözlərinə görə, İsrail Prezidentinin 30 il əvvəl formalaşmış münasibətlərin nə qədər möhkəm olduğunu bütün dünyaya nümayiş etdirməsi də sevindirici haldır: "Bu səfərdə İsrail prezidenti tək gəlmədi, böyük bir komanda ilə gəldi. Səfər çərçivəsində dövlətlərarası münasibətlərdə, müxtəlif sahələrdə sənədlər imzalandı, əməkdaşlığın, tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məsləhətləşmələr aparıldı. Əlbəttə ki, cənab Prezidentin, eləcə də jurnalistlərə bəyanatında İsrail Prezidentinin söylədiyi fikirlər onu deməyə əsas verir ki, bu dövlətlər bir çox beynəlxalq tədbirlərdə, bir çox beynəlxalq tribunalarda bir-birlərinin mövqelərini və bir-birlərinin haqq, ədalət, demokratiya uğrunda apardıqları mübarizəni dəstəkləyirlər. Belə ki İsraillə Azərbaycanın daha da yaxınlaşması hər iki dövlətin və xalqların marağına cavab verir. Bu baxımdan hesab edirəm ki, İsrail dövlət başçısının böyük heyətlə Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşlər keçirməsi əlamətdar haldır".