Beynəlxalq vasitəçilər Ermənistanın varlığı üçün çalışırlar - ÖZƏL

"Beynəlxalq vasitəçiliyi öz üzərlərinə götürmüş ölkələrin hamısı Ermənistanın varlığı üçün çalışırlar".

Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki,  onlar Azərbaycanın maraqlarından çıxış etdikdə belə Ermənistan üçün addım atmaq istəyirlər: "Bunu isə Ermənistan yaxşı başa düşür. Daha da şıltaqlaşır. Beynəlxalq güclər Azərbaycanın gücünü bilirlər, Ermənistan da bunu bilir. Amma onlar bu gücü Ermənistanın mənafeyi üçün istifadə etmək istəyirlər".

Politoloq onu da deyib ki, Ermənistana Azərbaycandan yaxşı kimsə onu məqbul sala biləcək təhlükəsizlik qarantiyası verə bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31