Moldova görüşü nəticəsiz olacaq - ÖZƏL
1 İyun 2023 11:29 Siyasət"Moldovada Almaniya və Fransa dövlət rəhbərlərinin də iştirakı ilə baş tutacaq görüşün nəticəsi barədə proqnoz vermək asandır. Çünki görüşün nəticəsiz olacağı aşkardır".
Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O daha sonra deyib:
"Amma məsələnin başqa tərəfinə diqqət çəkmək istəyirəm. Məsələ ondadır ki, Azərbaycan öz prinsiplərindən çıxış edərək sülh müqaviləsi anlayışını ortaya atıb və bunun həyata keçməsi üçün bəzən təzyiq, bəzən konstruktiv mövqe nümayiş etdirməklə prosesdə irəliləyişə nail olmaq, nəhayətdə isə Ermənistanla sülh müqaviləsi imzalamaqla problemi nöqtələmək istəyir". Politoloq onu da deyib ki, bir nüans hər zaman Azərbaycanın əleyhinə işləyir:
"Bu da Ermənistanın sülh bağlamaq adı altında prosesdən öz mənafeyi üçün istifadə etməsidir"