Heydər Əliyevin rəhbərliyi dövründə milli dövlət qurucuğu sahəsində böyük uğurlar qazanıldı - ÖZƏL

"Dünya siyasətinin ən mahir ustadlarından biri kimi tanınan Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə qayıtdı və tarixin onun alnına yazdığı ən böyük mübarizəyə - dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda mübarizəyə başladı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Cavanşir Feyziyevin sözlərinə görə, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə dövlətin beynəlxalq nüfuzu möhkəmləndirildi, milli dövlət qurucuğu sahəsində böyük uğurlar qazanıldı. Daha sonrakı illərdə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən İlham Əliyev ölkənin sürətli iqtisadi inkişafına nail oldu, dövrün ən müasir ordusunu yaratdı, xalqı ümummilli məqsədlər uğrunda monolit həmrəyliyə səfərbər etdi. 2020- ci ildə erməni işğalçıları darmadağın edilərək torpaqlarımızdan qovuldu: "Bu gün Azərbaycan Xalq Cümhuriyyəti  мüasir Azərbaycan Respublikasının timsalında yaşayır, inkişaf edir. Tarixdə ilk türk respublikasının qurucusu M.Ə.Rəsulzadənin " Bir kərə yüksələn bayraq bir daha enməz" çağırışı bu günkü Azərbaycan Respublikasının nümunəsində öz həyatiliyini qoruyub saxladı və dövrümüzün dahi siyasətçisi Heydər Əliyev tərəfindən çağdaş və güclü Azərbaycanın əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi xalqımız tərəfindən əziz tutulur və daim ehtiramla yad edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31