Milli Məclisin növbədənkənar iclasları olacaq

"83 deputat növbədənkənar sessiyasının keçirilməsi üçün mənə müraciət edib və sərəncam imzalamışam. İyun ayında iclaslar olacaq". Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 31-da keçirilən plenar iclasında deyib.

Sədr bildirib ki, yaz sessiyası dövründə 14 plenar iclas keçirilib, 91 qanun qəbul edilib, 1 yeni qanun qəbul edilib, 72 qanunda dəyişiklik edilib, 18 beynəlxalq müqavilə təsdiq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31