Bakı-Təl-Əviv münasibətlərində yeni bir mərhələ başlayacaq - ÖZƏL

"İsrail prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri Bakı ilə Təl-Əviv arasında əlaqələrin inkişafına bir qədər də təkan verəcək və ikitərəfli münasibətlərdə yeni bir mərhələ başlayacaq". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, səfər çərçivəsində iki ölkə arasında bir neçə sənədin imzalanması da ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün zəmin yaradacaq.

İctimai Birlik sədri İsrailin kənd təsərrüfatı sahəsində inkişaf edən bir ölkə olduğuna diqqət çəkərək Azərbaycanın bu sahədə İsrail təcrübəsindən yararlana biləcəyini də vurğulayıb:

"Ümumiyyətlə, Azərbaycan-İsrail əməkdaşlığı Bakı üçün yalnız müsbət dividentlər gətirə bilər. Düşünürəm ki, bu ölkədə səfirliyimizin açılmasından sonra diplomatik əlaqələrin daha da inkişaf etməsi və bunun ardınca İsrail prezidentinin Azərbaycana rəsmi səfərə gəlməsi Bakı-Təl-Əviv münasibətlərinin yüksələn xətlə inkişaf etdiyinin sübutudur".

Arzuman Muradlı Azərbaycanla İsrail arasında tarixi köklərə dayanan dostluq münasibətlərinin olduğunu da deyib ki, Azərbaycanda yaşayan yəhudilərin iki ölkə arasında əlaqələrin inkişafına öz töhfələrini verdiyini də diqqətə çatdırıb:

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də dediyi kimi Azərbaycandakı yəhudi icması ölkəmiz üçün böyük sərvətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31