Tahir Kərimli parlamentdə ağcaqanaddan şikayətləndi
31 May 2023 13:42 Siyasət"Bakıda ağcaqanad əlindən dayanmaq olmur. O qədər çoxdur ki, gün batanda da insanlara imkan vermirlər". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli bildirib: "Ona görə də ölkədə sanitariya işlərinə diqqət yetirmək lazımdır ki, ciddi sağlamlıq problemləri yaranmasın. Digər tərəfdən regionlarda quduz itlərlə bağlı problem var. Uşaqlar məktəbə gedə bilmir, camaat hərəkət edə bilmir. Bilmirəm, biz bu itləri Koreyaya, Çinə sataq, yoxsa nə edək, problemi həll etməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31