Azərbaycan-İsrail münasibətləri tarixi dostluq və qardaşlıq ənənələrinə arxalanır - ÖZƏL

"Azərbaycan-İsrail münasibətləri tarixi dostluq və qardaşlıq ənənələrinə arxalanır. İki ölkənin dövlət rəsmilərinin qarşılıqlı səfərləri hər zaman balans siyasəti üzərində qurulmuşdu". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan İslam dünyasının həssaslığını nəzərə alıb İsraillə diplomatik əlaqələri ehtiyatlı yürüdürdü: "Amma artıq Azərbaycan İsraildə səfirlik açıb. İki ölkə tam şəkildə diplomatik münasibətlər qurub. Bu münasibətlər iki ölkənin rifahı üçün inkişaf etdirilir". 

Azər Qasımov deyib ki, İran rejiminin uzun illər Azərbaycanın İsraillə münasibətinə düşməncəsinə yanaşması, Azərbaycanın isə yaxın qonşu olan İrana dostcasına yanaşmasına baxmayaraq öz nəticəsini vermədi:

"İran öz xislətini açıq ortaya qoydu.  Bu dövrdən sonra Azərbaycan və İsrail münasibətləri İranın istəyinə görə davam etdirilə bilməz. İki ölkə kimsəyə baxmadan öz əlaqələrini genişləndirirlər. İran buna görə hansısa təxribat fikrinə düşəcəksə, bu, onun özünə zərbə olacaq. İran rejimi ya sivil dünyanın qanunları ilə hərəkət etməlidir, ya da Əfqanıstan kimi üçüncü dərəcəli ölkə ilə öz müstəqilliyini qorumaq üçün vuruşmalı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31