Deputat işçilərin son iş yaşının 65-dən 70-ə qaldırılmasını təklif edib
30 May 2023 12:00 SiyasətTəkilf edirəm ki, işçilərin son iş yaşının həddi 65-dən 70-ə qaldırılsın. "Olaylar" xəbər verir ki, bu təkliflə Mİlli Məclisin iclasında parlamentin sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. Bildirib ki, bu bu barədə çoxlu müraciətlər daxil olur: "Xüsusən dövlət büdscəsindən maliyələşən səhiyyə və təhsil sahələrində belə hallara daha çox rast gəlinir. İşçinin yaşı 65 tamam olduqda dərhal işdən çıxarılır, onlara veç bir vakant iş yeri təklif olunmur. Bu birbaşa Konstitusiyada təsbit olunmuk əmək hüquqlarının pozulmasıdır. Əgər məsləhət olsa bununla bağlı qanun layihəsi hazırlayıb təqdim edə bilərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31