İctimai birliyin hesabatı beynəlxalq təşkilatın veb səhifəsində yerləşdirilir - ÖZƏL

"Ölkəmizə düşmən olan dövlətlərdən biri ilə bağlı növbəti hesabatımızı müvafiq beynəlxalq təşkilatın rəsmi veb səhifəsində yerləşdirmək üçün prosedurlara başladıq. Hesabat qısa olsa da hazırlanmasına bir neçə ay sərf etməli olduq". "Olaylar" xəbər verir ki, bunu Əmək Hüquqarı Müdafiə Liqası İdarə Heyətinin sədri Sahib Məmmədov bildirib. Qeyd edib ki, bunun üçün hər hansı maliyyə dəstəyi olmayıb: "Bütün xərcləri şəxsən özüm çəkmişəm. Buna görə heç kəsə və heç bir quruma pritenziyam yoxdur. Dövlətimizin maraqları üçündür. İmkan tapsaq hesabatın müzakirə olunacağı sessiyada da iştirak edəcəyik. Bəyanat da verəcəyik. Matreallarımızı da yayacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31