Türkiyəni Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qaldı - ÖZƏL

 

"Türk xalqı xoşbəxt və parlaq gələcəyə səs verdi. Türkiyə bütün dünyaya növbəti dəfə demokratiya dərsi keçdi. Türkiyəni İraqa və Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qaldı. Türkiyə daha da güclənəcək, daha da inkişaf edəcək". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, bu seçkini Türkiyə qədər Azərbaycan da həyəcanla izləyirdi: "Bu seçkidə təkcə Türkiyə deyil, Azərbaycan da qazandı. Bu gündən sonra əlaqələrimiz hər iki ölkə liderinin güclü səyləri nəticəsində daha da inkişaf edəcək. Biz qələbəyə inanırdıq! Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı! Dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31