Ermənilər prezident İlham Əliyevin mesajından nəticə çıxarmalıdır - ÖZƏL
30 May 2023 10:28 Siyasət"Prezident İlham Əliyev Laçında erməni separatçılarına və Rusiyaya separatizmin və "Miatsum" bədnam ideologiyanın kitabının bağlandığını açıq şəkildə bəyan etdi. Bununla da prezident Xankəndində istənilən vaxt nəzarəti bərpa edəcəyini açıq elan etdi". Olaylar xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,
cənab İlham Əliyev siyasət xətrinə bəyanatlar vermir, xüsusilə Qarabağla bağlı mesajları reallığa söykənir: "Prezidentin bu çıxışından belə qənaətə gələrək, bununla da Xankəndində oturan separatçılara vaxt verilib. Ermənilər prezidentin bu mesajından nəticə çıxarmalı, Xankəndini və ətrafında olan qanunsuz silahli birləşmələrlə birgə tərk etməlidir. Azərbaycan bu ilin axırına kimi Xankəndində oturan separatçıları neytrallaşdırması mümkündür. Rusiya da bu mesajdan nəticə çıxarmalı və separatizmi dəstəkləməməlidir. Ermənistana gəldikdə isə, N. Paşinyan Qarabağ Azərbaycanın ərazisi deməklə, reallıqları qəbul edib".