Ya Azərbaycan dövlətinə boyun əyəcək, ya da rədd olub gedəcəklər - ÖZƏL

"Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin xəbərdarlığından gəldiyim nəticə bundan ibarətdir ki, Qarabağdakı separatçı ünsürlərə cəmisi bir neçə ay vaxt verilir, ya Azərbaycan dövlətinə boyun əyəcək, ya rədd olub gedəcəklər. Əlində silah müqavimət göstərənlər isə zərərsizləşdiriləcəklər". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,
bu xəbərdarlığın hərbçilər qarşısında deyil də, evlərinə dönən laçınlı bacı və qardaşlarımızla söhbət formatında edilməsini isə Qarabağdakı haydillilər də, onlara geosiyasi alət gözündə baxanlar da böyük lütf saymalıdırlar:  "Yəni hər şey anidən də ola bilərdi, amma Azərbaycan qan tökmək istəmir, düşünmək üçün vaxt verir ki, onun da bitməsinə artıq sayılı həftələr qalır. Xatırlayırsınızsa,  bir neçə ay öncə  Laçın yolunun başlanığıcında nəzarət-buraxılış məntəqəsi qurulmasının bir addımlığında olduğumuzu demişdim. Yaxın zamanlarda Xankəndində Azərbaycan bayrağının dalğalancağı ilə bağlı da eyni dərəcədə nikbinəm və o zaman nikbinliyim nədən qaynaqlanırdısa, indi də ona əsaslanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31