Azərbaycanla Böyük Britaniya arasında çox sıx əlaqələr var - Emma Nikolson

Azərbaycan və Böyük Britaniya arasında 30 ildir inkişaf edən çox sıx əlaqələr mövcuddur.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson deyib.

"Azərbaycan və Böyük Britaniya fəal əməkdaşlıq edir. Biz bir çox sahələrdə təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq. Bu, ölkələrimiz arasında münasibətlərin əsas xüsusiyyətidir", - deyə E.Nikolson bildirib.

O, həmçinin əlavə edib ki, səfərinin məqsədi Bakı Enerji Həftəsində iştirak etməkdir və bu tədbirin iştirakçısı olmaqdan çox şaddır.

Qeyd edək ki, mayın 31-dən iyunun 3-dək Bakıda 28-ci Beynəlxalq Xəzər Neft və Qaz, 11-ci Beynəlxalq Enerji və Bərpa Olunan Enerji Mənbələri və 20-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgiləri keçiriləcək. İyunun 1-2-də 28-ci Beynəlxalq Bakı Enerji Forumunun keçirilməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31