Laçın-Xankəndi yolundakı aksiya 134 gündür davam edir
24 Aprel 2023 11:27 SiyasətRusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, ictimai fəallar aksiyanı gecə boyu da davam etdirib. Aksiya iştirakçıları 134 - cü günə də Azərbaycan dövlət himnini səsləndirməklə başlayıb.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 134 gündür davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31