"İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını qətiyyətlə pisləyirik"
23 Aprel 2023 22:10 Siyasətİrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan XİN sözçüsü Ayxan hacızadə Tvitterdə bildirib.
"Ermənistan hökuməti və Baş nazir Nikol Paşinyan bu kimi nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər görməlidir" - deyə diplomat vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31