Bayrağımızı yandıran şəxsə QADAĞA QOYULDU
20 Aprel 2023 20:41 Siyasətİrəvanda Azərbaycan bayrağını yandıran Aram Nikolyanın Ermənistan dövlət qurumlarına girişinə qadağa qoyulub.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Haykakan Yamanak" nəşri məlumat yayıb.
"Bizdə olan məlumata görə, onun Ermənistan İctimai Televiziyasının binasına və polis tərəfindən qorunan dövlət qurumlarına daxil olması qadağandır", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunu məlumatına görə, A.Nikolyan Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31