"Təxribatların bitdiyinə inanmaq sadəlövhlük olar"- ÖZƏL

"Ermənilərin son günlər törətdiyi təxribatlar gözlənilən idi. Son 10 gün ərzində ardıcıl təxribat törətdilər. Bunlar daha çox çıxılmaza düşən insanların hərəkətləridir. Ermənilər Azərbaycanın təzyiqlərini görür, vəziyyəti anlayırlar. Başa düşürlər ki, onlar tamamilə uduzublar. Artıq, təkcə Qarabağ məsələsi yox, Ermənistanın dövlət kimi mövcud olmaq məsələsi gündəmə gəlib.  Ona görə də təxribat törədir, tez-bazar bəyənatlar verirlər. Güya bunlar sülh danışığı istəyir, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar, Almatı bəyənnaməsini gündəmə gətirirlər. Bütün bunların fonunda erməni mətbuatının yazdığına görə, onları ən çox qorxudan şey İlham Əliyevin Salyan rayonunda verdiyi açıqlamadır".

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.

"Prezident İlham Əliyev kifayət qədər kəskin danışdı. Ermənilər də çox yaxşı bilir ki, İlham Əliyev dediyi sözü yerinə yetirən dövlət başçısıdır. Prezident də xalqa kifayət qədər arxayındır. O, xalqın dəstəyini görür və oa uyğun siyasət yeridir. Bunlar erməniləri həddən artıq narahat edib. Vəziyyəti bu dərəcəyə çatdırmaq onların səhvi oldu. Təxribatların bitdiyinə inanmaq sadəlövhlük olar. Davam etməsi ermənilər üçün ciddi nəticə doğuracaq. Səbrimizin limiti tükənmək üzərədir. İlham Əliyevin dediyi sözlər təsadüfi deyil. Erməni separatçılarının sonu gəlib. Bəlanı bizim əlimizdə axtarırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31