Heydər Əliyev və Azərbaycan mətbuatı
21 Aprel 2023 09:43 SiyasətAnadan olmasının 100 illiyi ərəfəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə bir daha nəzər salınır, Onun respublikamız üçün nə qədər böyük işlər gördüyünün şahidinə çevrilirik. İstər müstəqil Azərbaycana, istərsə də Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ulu öndərin müdrikcəsinə, uzaqgörənliklə atdığı addımlar, gördüyü işlərin bəhrəsini bu gün dövlət və xalq o0laraq görməkdəyik.
Ümummilli liderin hər bir sahə kimi media sahəsində də zamanında atmış olduğu addımların müsbıt nəticələri günümüzdə özünü göstərməkdədir. Daim kütləvi informasiya vasitələri, mətbuatın inkişafından yana olan ümummili lider respublikaya rəhbərlik etdiyi illərdə gördüyü işlər, KİV-ə göstərdiyi diqqət və qayğı ilə həm də müstəqil Azərbaycanın mediasının, mətbuatının inkişafına zəmin yaratmışdı.
Yaxın tarixə nəzər salsaq görərik ki, müstəqillik illərindən, xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycan dövləti bu istiqamətdə əməli addımlar atdı, ölkədə söz və mətbuat azadlığının, plüralizmin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirdi. Ümummilli liderin 1998-ci ildə ittifaq zamanından qalmış senzuranı ləğv etməsini Azərbaycanda müstəqillik illərindən sonra söz və məlumat, ifadə azadlığına yaradılan ilk imkan kimi də qiymətləndirmək olar. Çünki senzuranın ləğvindən sonra media nümayəndələri artıq yazacaqları hər hansı materialın, məqalənin çap edilməyəcəyi təhlükəsi ilə üzləşmirdilər.
Ümummilli liderin Azərbaycan mətbuatının inkişafı istiqamətində atmış olduğu digər mühüm bir addım isə senzuranın ləğvindən sonrakı ilə təsadüf edir. Berlə ki, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi" haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub. Ümumilikdə Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı ondan çox sərəncam və fərman imzalayıb.2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə edib. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara kreditlər ayrıldı. Ümummilli Liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Heydər Əliyev 2002-ci il martın 22-də "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.
Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsini ənənəyə çevirib. Dövlətimizin başçısı milli mətbuatın yubileyi ilə bağlı ilk Sərəncamı 2005-ci il iyunun 20-də imzaladı, mətbuatımızın 130 illik yubileyi bütün ölkə miqyasında qeyd olundu, çoxlu sayda KİV əməkdaşı orden və medallarla təltif edildi, fəxri adlara, Prezident təqaüdünə layiq görüldü.Milli mətbuatımızın 135 illiyi də böyük təntənə ilə qeyd edilib.
Füzuli