Qarabağ bizim üçün futbol yox, ər meydanıdır...

Azərbaycanda xalqın "siyasəti" haqqında deyəcəklərim özümü də yandırır. Həqiqi xarici siyasətimiz nə qədər güclü olsa da, əhalinin öz arasında yürütdüyü kiçik, ancaq əhəmiyyətli siyasət ürəkaçan deyil.

Əvvəla, əhalisinin böyük hissəsinin müsəlman olduğu dövlətlərə baxaq. Hansı birində sabitlik hökm sürür?. Azərbaycan isə bu suala cavab kimi adı sadalana biləcək yeganə ölkələrdəndir.

Son günlər ermənilərin və ya ermənipərəstlərin Bakıda əl-ayaq açması, Azərbaycan üçün müqəddəs olan yerlərdə simvolik işarələrin göstərilməsi vətəndaş olaraq həm də bizim günahımızdır. Sizi əmin edə bilərəm ki, orada həmin an ola biləcək azərbaycanlıların əksəriyyəti erməni simvollarını tanımır. Heç dünya tərəfindən tanınan terror təşkilatlarının adını belə bilmir. Budur, vətəndaş siyasəti. Ermənilər və ya ermənipərəstlər Azərbaycanda hər hansı gəncin bu işarə haqqında məlumatlı olduğunu bilsələr, bu qədər rahatlıqla bizlərə qarşı təxribat törədə bilməzdilər. Ancaq, inanmıram ki, Ermənistanda hansısa gənc "bozqurd" işarəsinin simvolik mənasını bilməsin. Bu hərəkətlər bizi qorxudurmu? Əsla!

Çünki, biz onların varlığından xəbərdar idik. Hər zaman ölkəmizdə belə gözütorlu, başıaşağı olacaqlar. Varlıqlarından xəbərdarıq ona görə ki, biz humanist xalqıq. Biz onlara qarşı soyqrım həyata keçirsəydik, indi Bakıda bir nəfər belə olsun erməni yox idi. Tolerant olmaq insanlığa, vətəndaşlığa yaraşan hərəkət olsa da, bizə aşılanan bu avropasayağı dəyərlər coğrafiyamıza uyğun gəlmir. Avropasayağı desəm də, bunlar bizim qanımızda var. Bizdən olmayanlara qarşı sərgilədiyimiz həddən artıq xoşgörü bizi düşmənə zərərsiz göstərir bəlkə?

Ona görəmi bu qədər rahat davrana bilirlər?

Bilirlər ki, biz hansısa simvola görə adam öldürmürük. Bayraq yandıranları öpüb qucaqlamırıq. Bizim üçün zəfər meydanda qazanılır. Şəhərin mərkəzində qorxa-qorxa simvollar göstərmək, beynəlxalq tribunada bayraq yandırmaq bizə görə zəfər hesab edilmir. Budur, vətəndaş siyasəti. Humanizm pərdəsi icazə vermir ki, vətəndaşlarımız qarşısındaki təhlükənin fərqinə varsınlar. İnsanımız bütün xalqları özü kimi bilir. Bu coğrafiyada var ola bilmək üçün vətəndaş gələcəyi görə bilməlidir. Bizim isə öz maraqlarımız var. Erməni gənclər bizi öyrənəndə, bizdən oğurlayanda biz öz-özümüzü tanıya bilmirik. Bəzən təxribatlara uyuruq, fərqli ideologiyalara bölünürük. Gerçək təhlükələrin isə fərqində deyilik. Dövlət siyasəti qədər vətəndaş siyasətinin də nə qədər mühüm olduğu ortadadır.

Beynəlxalq tədbirdə erməninin Azərbaycan bayrağını  yandırması isə futbolçunun öz qapısına qol atmağı ilə eyni şeydir. Qol atdığını zənn edərsən, ancaq xal qarşı tərəfin xanasına yazılar. Ermənilərin siyasi masada itirdikcə dəli olub, bizə qazandırdıları xalların həddi-hesabı olmayacaq. Onlarda bayraq sadəcə bez parçası olduğu üçün yandırmaq da zəfər kimi qəbul edilir. Bilmirlər ki, bizim üçün bayraq qəlblərə çəkilən sevgidir, yaradır. Vizual olaraq onu yandırmaqla zərər vermək mümkün olmayacaq. Qarabağda və sərhəddə Ermənistan öz futbol sahəsini yaratmaq istəsə də, matçlarda bu cür uğursuz olacaq. Hakimi isə İran və Fransa olan oyundan ancaq uduzaraq, xəsarət alaraq çıxa bilərlər. Bizim üçün isə Qarabağ futbol yox, ər meydanıdır. Orada istədiyimiz qədər at oynadacayıq. Özü də Qarabağ atı!

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31