Qarabağ və Şərqi Zəngəzur tezliklə cənnətə çevriləcək
21 Aprel 2023 09:45 Siyasətİlham Əliyev milli maraqlarla bağlı məsələlərində güzəştsiz mövqe nümayiş etdirir
Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında ən qabaqcıl yerlərdən birini tutur. Qürürverici bir haldır ki, son dövrlərdə Azərbaycan dövlətçiliyi yüksək templə inkişa fedir. Artıq dünya dövlətləri Azərbaycanın irəli sürdüyü yeni siyasi reallıqların fərqinə varır, ölkəmizi etibarlı siyasi tərəfdaş qismində qəbul edirlər. Azərbaycan hal-hazırda siyasi, iqtisadi, hərbi, mədəni sahələr üzrəi inkişafa və əldə etdiyi nəticələrə görə dünyada söz sahibi olan ölkəyə çevrilib. Bu inkişafın təməlində isə uzaqgörən, uğurlu və reallığa əsaslanan daxili və xarici siyasət dayanır. Sirr deyil ki, Prezident İlham Əliyevin yüksək səyləri və gərgin əməyi nəticəsində Azərbaycan beynəlxalq reytinq cədvəllərində müsbət tendensiyalar üzrə irəliləyərək bölgənin söz sahibinə çevrilən bir ölkə olmuşdur. Heç şübhəsiz, bütün bu naliyyətlərin təməlində güclü lider İlham Əliyev dayanır. Danılmaz bir faktdır ki, günümüzdə Azərbaycanın bir dövlət olaraq, stabil və inamlı inkişafı məhz Prezidentin liderlik amili ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəfər çalmış və tarix yazan lider olaraq, həyata keçirdiyi müdrik daxili siyasəti və məqsədyönlü xarici siyasət sayəsində Azərbaycanı Cənubi Qafqazın ən güclü dövlətinə çevirməyi bacarmışdır. İlham Əliyevin prezidentliyi dönəmi Azərbaycan tarixində dünya miqyaslı infrastruktur, iqtisadi, enerji və mədəni layihələrin həyata keçrilməsi, eləcə də daxili siyasətdə mövcud neft kapitalının qeyri-neft kapitalına çevrilməsi ilə yadda qalmışdır. Regionda gerçəkləşdirilən bütün layihələrin əsas lokomotivi qismində məhz Azərbaycanın aparıcı rol oynaması və bu layihələrin Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik strategiyasının qurulmasında əhəmiyyətli faktor kimi qiymətləndirililməsində onun rolu danılmazdır. Məhz onun yüksək reytinqi sayəsində bu qəbildən olan dünyəvi layihələrin həyata keçrilməsi ilə ölkəmizin beynəlxalq qurumlar və xarici partnyorlar arasında nüfuzu daima möhkəmlənir, Azərbaycan dünya enerji bazarında həlledici oyunçulardan birinə çevrilmişdir. İlham Əliyevi təəssübkeş lider kimi fərqləndirən əsas xüsusiyyətlərindən biri də, milli maraqlar məsələsində güzəştsiz mövqe tutmasıdır. Ali baş komandan ikinci Vətən müharibəsinə qədər keçən bir zamanda müxtəlif beynəlxaq arenalarda, yüksək kürsülərdə bütün dünyaya Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu və Azərbaycanın bu məsələ barəsində heç vaxt güzəştdə getməyəcəyini bildirir, bölgədə stabilliyin bərqərar olması üçün ədalətin bərpa olunmalı olduğunu hər zaman vurğulamışdır. Bölgədə müxtəlif ölkələrin maraqlarının toqquşduğunu nəzərə alaraq, Cənab prezident Qarabağ məsələsində ikili standart tətbiq edən ölkələrə heç çəkinmədən, açıq və kəskin bir şəkildə münaqişənin həll edilməsi üçün ilk növbədə ikili standartlar siyasətinə son qoyulmalı olduğunu hər zaman qeyd etmişdir. Prezident İlham Əliyev bu dəfə də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bir çox məsələlərə toxundu, müəyyən dairələrə mühüm mesajlar verdi. Dövlətimizin başçısı ötən dövrdə baş verən prosesləri təhlil etməklə yanaşı qarşıda dayanan hədəfləri də göstərdi. Əsas hədəflər sırasında regionda sülhün təmin olunması, işğaldan azad edilmiş ərazilərimizin bərpası da xüsusi yer tutur. Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, Prezident müsahibəsində Ermənistanın razılaşmalara əməl etmədiyini, qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini xatırladıb. Sülh danışıqlarına gəlincə, dövlətimizin başçısı "Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Biz bəri başdan bəyan etmişdik ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər" deyib. 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır. Eyni zamanda, Qarabağ ətrafında spekulyasiya etmək istəyən dairələrin nəzərinə çatdırıldı ki, Qarabağ tarixi torpağımızdır, bu ərazidə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Əgər kimsə bununla razılaşmırsa, yol açıqdır, istədikləri yerə gedə bilərlər. Prezidentin dediyi kimi, əslində Qarabağın dinc erməni əhalisinin böyük əksəriyyəti Azərbaycanın tərkibində yaşamağa razıdırlar. Amma onlar separatçıların girovuna çevrilib. Əgər belə davam edərlərsə, separatçılar dəmir yumruğun gücünü yenə də hiss edəcəklər. S.Fətəliyevanın sözlərinə görə, dövlət başçısı müsahibəsində Böyük Qayıdışla bağlı da görülən işlərlə əlaqəda fikirlərini səsləndirdi. Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Respublikamız müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, azad olunmuş ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlayıb. Bu yöndə xeyli işlər görülüb. Böyük Qayıdışın ilk müjdəsi olan Ağalı kəndinə və Talış kəndinə əhali köçürülüb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə gəlir və burada görülən işlərlə yerindəcə tanış olur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Çox sevindirici haldır ki, Laçın şəhərində də geniş quruculuq-bərpa işləri gedir və bu il Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndlərinə də keçmiş köçkünlər qayıdacaq. Prezidentin dediyi kimi, bu ilin yay aylarında 700-dən çox ailə Laçın şəhərinə köçürüləcək. İlin sonuna qədər isə adını çəkdiyimiz kəndlərə qayıdış baş tutacaq. Bütövlükdə, görülən işlər ən müasir standartlara uyğundur. Əminliklə demək olar ki, Qarabağ və Şərqi Zəngəzur tezliklə cənnətə çevriləcək.
Alim