Ermənistan yenidən regionda hərbi qarşıdurma və gərginlik yaratmaq istəyir - ÖZƏL

"Laçın rayonu istiqamətində baş verən insident açıq aşkar Ermənistan silahlı qüvvələri tərəfindən ordumuza qarşı törədilən təxribatdır. Məqsəd də qarşıdurmanı hərbi müstəviyə çəkməkdir".

Bu fikirləri "OİLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, Azərbaycan istər Şuşa-Laçın yolunda apardığı sivil etirazlarla, istərsə də ermənilərin alternativ yollardan istifadə edərək qanunsuz silahlar daşınmasının qarşısını heç bir itki və hərbi qarşıdurma yaşanmadan aldı: "Ermənistan hər nə qədər dünyaya bunları blokada kimi təqdim etməyə çalışsa da, bu heç bir nəticə vermir, çünki bütün dünya da görür ki, Azərbaycan erməni qanunsuzluqları ilə sivil formada mübarizə aparır, humanitar yol isə açıq və işlək vəziyyətdədir. Bu istiqamətdə nəticə görməyən Ermənistan silahlı qüvvələri Laçın istiqamətində təxribat törədərək Azərbaycanın bu sivil mübarizəsini pozmağa və yenidən regionda hərbi qarşıdurma və gərginlik yaratmaq istəyirlər. Bütün bu hadisələr bir daha sübut edir ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası başa çatmalı və Azərbaycan ərazisində bir dənə də olsun erməni hərbi birləşməsi qalmamalıdır. Onlar bizim ərazilərdə olduqca bu cür insidentlərin və qanlı toqquşmaların baş verməsi təəssüf ki, qaçılmaz olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31