Dövlət başçısı Monteneqronun yeni seçilmiş prezidentini təbrik edib
11 Aprel 2023 16:34 SiyasətPrezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Milatoviç,
Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31