İlham Əliyevin Qazaxıstan səfəri ikitərəfli ələqələrin inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb edir - ÖZƏL

"Ölkə başçısı cənab İlham Əliyevin Qazaxıstan səfəri ikitərəfli ələqələrin inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb edir". Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki,  eyni soy kök, mədəni bağlar və ortaq tarixi keçmişə söykənən Azərbaycan-Qazaxıstan əlaqələri müasir dövrün reallıqlarına uyğun şəkildə qurulur və inkişaf edir: "Rusiya- Ukrayna müharibəsinin dünya enerji bazarına təsiri, yaranan boşluqlar enerji istehsalçısı kimi ön plana çıxan ölkələrimiz üçün yeni perspektivlər yaradır və hər iki tərəf mövcud situasiyadan yararlanmaqda maraqlıdır". Pərviz Mirizadə deyib ki, Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirmək üçün perspektivli istiqamətlər kifayət qədər genişdir: "İkitərəfli ələqərin bütün sahələrdə "ticari-iqtisadi, nəqliyyat-logistika, humanitar, elmi, turuzim və s" inkişafı üçün böyük potensial mövcuddur. Səfərin əsas gündəliyini də məhz bu istiqamətlərin, qardaş Qazaxıstan dövləti ilə ölkəmiz arasında mövcud ticarət həcminin artırılması mövzuları təşkil etdi. Rəsmi Bakı Qazaxıstan enerji resurslarının ölkəmiz üzərindən daşınmasında maraqlıdır. Bu həm ölkəmizi yeni bir enerji mərkəzinə çevirəcək, həm də tranzit imkanlarımızı genişləndirəcək. Digər tərəfdən ölkələr arasında nəqliyyat dəhlizinin inkişafı Bakı və Astana üçün Avrasiya İttifaqı ölkələri, Orta Asiya və Çin bazarlarına çıxış imkanı yaradır ki, hər iki dövlət gələcək dönəmdə Orta Dəhliz üzərindən də  daha böyük bazarlara nufuz etmək şansı əldə edir".

AVP rəsmisi qeyd edib ki, səfərin iqtisadi əhəmiyyəti ilə yanaşı siyasi istiqaməti də önəm kəsb edir: "Bu fonda iki ölkə lideri əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə yönəlik bəyannamə imzaladılar. Qazaxıstanla strateji tərəfdaşlıqın dərinləşdirilməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində də vacib əhəmiyyət kəsb edir. Çünki məlum təşkilat yeni yaransa da onun varlığını təhlükə kimi qiymətləndirən qüvvələr az deyil. Və regional təhdidlər fonunda müttəfiqlik əlaqələrinin genişləndirilməsi labüddür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31