Vətəndaş nikahından doğulan uşaqlarla bağlı məsələlər qanunvericilikdə əksini tapmayıb - Deputat

"Azərbaycanda vətəndaş nikahından dünyaya gələn çoxlu sayda uşaq da var. Bu uşaqlarla bağlı məsələlər qanunvericilikdə əksini tapmayıb". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı bildirib. Deputat deyib ki, bu uşaqların statusu, sağlamlıqların qorunması kimi məsələlərin qanunvericilikdə əksini tapmasına ehtiyac var.

Deputat Müşfiq Məmmədli isə nikah zamanı narkoloji müayinə aparılmasını təklif edib: "Nikah zamanı İİV və digər müayinələr tələb olunur. Narkomaniyanın geniş yayıldığı belə bir vaxtda narkoloji testin də bu sıraya daxil edilməsi vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31