Mikayıl Cabbarov Kadırovun oğlu ilə görüşdü - FOTO
31 Mart 2023 18:48 Siyasətİqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan RF Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu Əhməd Kadırovla görüşüb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov Teleqram kanalında yazıb.
O bildirib ki, tərəflər Rusiya və onun subyekti - Çeçenistanla iqtisadi əlaqələri gücləndirmək, eləcə də müxtəlif sosial-iqtisadi sahələrdə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək istəyini ifadə ediblər.
Kadırov həmçinin əlavə ki, görüşdə sərhədyanı əməkdaşlıq və qarşılıqlı ticarətin həcminin artırılması məsələsi qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31