Ermənistanın havadarlarının “Qarabağın statusu” planı fiaskoya uğradı
3 Mart 2023 10:46 SiyasətQarabağda yaşayan ermənilərin reinteqrasiyası aparılır
Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülməramlılarının Xocalıdakı müvəqqəti qərargahında Milli Məclisin deputatı Ramin Məmmədov erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib. Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində martın 1-də Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşü Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir: "Məlum olduğu kimi, bir sıra region dövlətləri Qarabağda yaşayan ermənilərin reinteqrasiyasının qarşısını almaq üçün müxtəlif layihələr hazırlamışdırlar. Düzdür proses hələ tam yekunlaşmayıb. Ancaq bütün hallarda belə görüşlərin keçirilməsi çox önəmlidir. Çünki əvvəlki dövrdə həm Ermənistan tərəf,i həm də bir sıra dövlət və beynəlxalq təşkilatlar bu danışıqların Ermənistanla aparılmasında israr edirdilər. Hətta Qarabağa status da tələb edirdilər. Azərbaycan bu planı pozdu. Hazırkı mərhələdə bölgəyə ən qısa müddətdə sülhün gəlməsi çox önəmlidir. Ancaq biz yolun uzun və çətin olduğunu da unutmamalıyıq. Bütün hallarda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz məqsədlərinə doğru inamla addımlayır".
Politoloq Turan İbrahimov bildirib ki, prinsip etibarilə belə bir görüşün keçirilməsi gözlənilirdi. Rəsmi Bakı dəfələrlə elan edib ki, Qarabağdakı erməni əsilli şəxslər Azərbaycan vətəndaşlarıdır. Onların ən qısa zamanda Azərbaycan cəmiyyətinə inteqrasiya olunması və mübahisəli məsələlərin ən qısa zamanda həll edilməsi Bakının prioritetdir: "Milli Məclisin deputatı Ramin Məmmədovun erməni sakinlərin təmsilçiləri ilə görüşdə təmas üzrə məsul şəxs qismində iştirak etməsi isə xüsusilə diqqət çəkir. Ehtimal ki, bu qəbildən görüşlər bundan öncə də olub və Bakı hazırda kartlarını açıq oynayır. Bu həm də onu deməyə əsas verir ki, Bakı prosesi ən qısa zamanda bitirmək niyyətindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədovun da görüşdə iştirak etməsi onu deməyə əsas verir ki, görüşdə əsasən Bakının şərtləri, istəkləri müzakirə dilib. Ehtimal müzakirə mövzuları isə bunlardır: Laçın dəhlizinə Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycan təhlükəsizlik qüvvələrinin də nəzarət etməsi; Ermənistandan Qarabağa silah-sursat və bu qəbildən daşınmaların dayandırılması; Azərbaycan torpaqlarının qanunsuz istismarı və Ermənistana təbii sərvətlərin qanunsuz daşınması; Şuşa-Xankəndi yolunda davam edən aksiya iştirakçılarının tələblərinin yerinə yetirilməsi.Görüşün Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərindən sonra baş verməsi həm də onu deməyə əsas verir ki, Kreml Bakının şərtlərini qəbul edib. Erməni əsilli sakinlərin təmsilçiləri ilə görüşlərin bundan sonra da keçirilməsi gözlənilir. Bakı prosesin ən qısa zamanda ərazi bütövlüyü çərçivəsində yekunlaşmasında maraqlıdır. Növbəti görüşlərin Gəncə və ya Bakıda keçirilməsi mümkündür". Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiyanın R. Vardanyan planı fiaskoya uğradı: Azərbaycan nümayəndələri ilə Xocalıda erməni icması arasında ikinci növbəti görüş keçirilib. Rusiya sülhməramlı qüvvələrinin birbaşa iştirakı ilə bu görüş keçirilib.Qondarma rejimin rəhbəri Arayik Aratunyan müsbət irəliləyişin olduğunu vurğulamışdı. Ötən həftə də belə bir görüş keçirilib. Azərbaycanın məhz tələbi idi ki, erməni icması ilə təmaslarını qursun. Çünki, oradakı ermənilərin reinteqrasiyası mütləqdir. Rusiya iki ildir Azərbaycanın birbaşa təmaslarına mane olur. Amma, proseslər Azərbaycanın lehinə dəyişir. Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfərində erməni icması ilə bağlı məsələlər müzakirə edilib. Görünür, Moskva Azərbaycanın şərtlərini qəbul edib. Bundan sonra Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin komandanlığı olmadan görüşə bilər. Bu görüşlərdə Azərbaycanın ilk növbədə tələbi qanunsuz silahlı erməni birləşmələrinin ləğvidir. Bu proses baş tutarsa, separatizm tam iflasa uğrayacaq. Həmçinin Azərbaycan erməni icmasını elektrik və qazla təmin edə bilər. Çünki, Ermənistandan buraya elektirik və qazın verilməsi qanunsuzdur. Azərbaycanın erməni icması ilə təmaslar qurması Ermənistanın Qarabağ məsələsini sülh gündəliyinə salmasının qarşısını alır. Proseslər Azərbaycanın leyhinə işləyir. Qeyd edim ki, silahlı erməni birləşmələrinin ləğvi razılaşdırılacaqsa, Laçın yolunda etiraz aksiyaları sona çata bilər".
Nurlan