Avropa İttifaqı: Xocalıda baş tutan görüş ümidvericidir

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycan hökumətinin nümayəndələri ilə Qarabağ erməniləri arasında baş tutan görüşü ümidverici adlandırıb.

Ukrayna ordusu Artyomovskda döyüşmək üçün yeniyetmələri gətirir - ÖZƏL

Olaylar.az APA-ya istinadən bildirir ki, Klaar bu barədə Tvitter paylaşımında qeyd edib.

"Bu gün Xocalıdan Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında təmaslarla bağlı ümidverici xəbərlər gəlir. Müzakirələrin həm hazırkı narahatlıqlara, həm də daha geniş məsələlərə fokuslanılması çox yaxşıdır", - paylaşımda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31