Özbəkistan Prezidentinin Azərbaycana səfəri münasibətlərin dərinləşməsinə töhvə verəcək - ÖZƏL

"Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana səfərə gələcək. Son illər tərəflər arasında strateji münasibətlərin daha dərinləşməsi müşahidə olunur. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 64.0 faiz artaraq 111 milyon 903 min dollardan 183 milyon 307 min dollaradək yüksəlib. 2020-ci il ilə müqayisədə isə ticarət dövriyyəmiz 2 dəfədən çox artıb". Bnunu "Olaylar"a deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın digər, çox fərqli sahələrində əməkdaşlıq edir: "Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı birgə sərmayə qoyluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb.Özbəkistan müasir standartlara uyğun olaraq Füzuli şəhərində orta məktəb inşaatını tamamlamaq üzrədir. Bu isə tərəflərin həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir.Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir. Bu baxımdan, Özbəkistan Prezidentinin Azərbaycana səfəri də münasibətlərimizin daha da dərinləşməsinə töhvə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31