“Ermənistan Rusiyanın vasitəçiliyi ilə danışıqlardan imtina edir” - ÖZƏL

"Ermənistan Rusiyanın vasitəçiliyi ilə danışıqlardan imtina edir. Rusiyanın xarici işlər naziri S. Lavrov Bakıda mətbuat konfransında buna eyham vurdu". Bunu Olaylar"a deyən politoloq  Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan Rusiyanın vasitəçiliyindən ona görə imtina edir ki, birbaşa Qərbdən verilən təlimatı yerinə yetirir: "Həmçinin Moskvanın Ermənistanda geosiyasi mövqeyinin güclənməsini neytrallaşdırır. Əgər, Ermənistan Rusiyanın  vasitəçiliyindən imtina edirsə, Moskva Azərbaycana dəstək verməli idi. Amma, Sergey Lavrov Laçın dəhlizində nəzarət buraxılış məntəqəsinin quraşdırılmasının əleyhinə çıxdı. Bu səfərdə aydın oldu ki, Ermənistan sülh müqaviləsinin Rusiyanın vasitəçiliyi ilə bağlanmasında maraqlı deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31