Azərbaycanın yumşaq güc siyasəti öz nəticəsini verir - ÖZƏL

"İki aydan artıqdır ki, Xankəndi-Laçın yolunda Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və ekofəalların keçirdikləri dinc aksiyas mərhələ-mərhələ öz müsbət nəticəsini göstərir. İlk günlərdə dinc aksiya ilə sözügedən yoldan separatçılara silah-sursat daşınmasının qarşısını ala bilən fəallar, sonrakı mərhələdə bu yol vasitəsilə İrandan və Fransadan Qarabağa qeyri-qanuni səfərlərə mane ola bildi". Bu fikirləri "OLAYLAR"-a səsləndirən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, aksiyanın artan templə davam etdiyi sonrakı vaxtlarda isə Azərbaycanın yumşaq güc siyasəti nəticəsində Qarabağdakı faydalı qazıntı yataqlarında qeyri-qanuni həyata keçirilən işlər dayandırıldı: "Həmçinin. Rusiyalı iş adamı kimi tanınan və Qarabağda separatçılıqla məşğul olan Ruben Vardanyan vəzifəsindən uzaqlaşdırıldı. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın tətbiq etdiyi yumşaq güc siyasətinin nəticəsi idi".

Arzuman Muradlı əmin olduğunu bildirib ki, aksiyanın davam etməsi yaxın müddətdə baş separatçı Araik Arutunyanın da Qarabağdan qaçması ilə nəticələnəcək: "Eyni zamanda Laçın yolunda nəzarət buraxılış məntəqələrinin, gömrük postunun qoyulmasına nail olacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31