"Onlayn  diplomatiya" nəticə verəcəkmi? - ÖZƏL

"Onlayn şəkildə Azərbaycan və Ermənistan arasında davam edən və "onlayn  diplomatiya" adı alan danışıqların mahiyyət etibarı ilə nəyisə dəyişdirəcəyini hesab etmirəm. Bu, sadəcə vaxt itkisinin qarşısını almaqdan başqa bir şey deyildir". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki,  bu üsul hər hansı bir mətni vasitəçilər vasitəsi ilə bir-birinə ötürməyin qarşısını alır: "Əsas olan istəkdir. Tərəflər arasında istək olacağı təqdirdə yazışmanın üsulundan asılı olmayaraq nəticə əldə etmək olar. Əks halda hər formada əlaqə vaxt itkisi olacaq". 

Politoloqun sözlərinə görə, indi tərəflər belə bir danışıq şəkli üzərindən əlaqə qururlarsa,  buna da ümidlə yaxınlaşmaq lazımdır: "Hesab edirəm ki, hər şəkildə diplomatiyaya baş vurmaq lazımdır ki, məsələ həllini tapsın. Nəticəsiz danışıqlar regionun gələcəyi üçün zəlzələ rolu oynayacaq. Təbiətdə zəlzələnin səbəbinin qarşı-qarşıya gələn layların sürtünməsindən tədricən toplanan enerjinin nə vaxtsa yerin üstünə çıxmasından əmələ gələn sarsıntı olduğu kimi,   diplomatik zəlzələ də tərəflərin uğursuz görüşlərindən əmələ gələn mənfi enerjinin bir gün döyüş meydanında münasibətləri aydınlaşdırılmasına keçməsi ilə fərqi olmur. Bunu 44 günlük müharibədə gördük. İndiki görüşlərin diplomatik zəlzələsi Ermənistanın bir dəfəlik torpağa batması ilə nəticələnəcək. Ermənistan zəlzələ ilə oynamamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31