"Üzərindəki paltosunu, cibindəki pulu göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun” - Səfir

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkədə baş vermiş güclü zəlzələdən əziyyət çəkən insanlara yardım göndərən Azərbaycan vətəndaşlarına təşəkkür edib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, səfir bu barədə "Twitter" hesabında paylaşım edib.

"Kədəriniz-kədərimizdir" deyərək altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu ölkəmizə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun", - deyə səfir qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31