İranın İslamın nə yaşıl, nə də qara qəng anlayışı ilə üst-üstə düşməyən qırmızı xətti....
3 Fevral 2023 11:01 SiyasətAzər Qasımov: "Bu ölkə İslamın bətnində bir qara yara kimi üz qarası olmağa davam edir"
Azərbaycan qonşu sarıdan o qədər də yarımayıb desək yanılmarıq. Türkiyə və Gürcüstanı çıxmaq şərtilə əksər qonşularımız demək olar ki, ölkəmizin inkişafını qısqanclıqla qarşılayır, bu inkişafa mane olmaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Hətta Azərbaycana qarşı birgə fəaliyyət göstərməkdən də çəkinmirlər. Necə ki, adını İslam ölkəsi qoyan İran xristian, eyni zamanda işğalçı və terrorçu ölkə olan Ermənistanla birlikdə Azərbaycana qarşı birləşdiyi kimi.
Tehran və İrəvanın Bakıya qarşı düşmən münasibətinin kökləri, bu iki dövləti bir-birinə nələrin bağladığına aydınlıq gətirmək üçün BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımovla söhbətləşdik. Azər Qasımov deyir ki, coğrafiyanın xalqların taleyində həlledici rol oynadığı heç zaman şübhə doğurmayıb və bir aksioma olub. Onun sözlərinə görə, qonşu xalqlar bir-biri ilə zaman-zaman dost da ola biliblər, düşmən də. Amma bir-biri ilə həmişə düşmən olmaq və ya həmişə dost olmaq az coğrafiyada rast gəlinən gerçəklik olub: "Bizim regionumuzda olduğu kimi. Bu gerçəkliyi iki region ölkəsi İran-Ermənistan üzərində analiz etsək, bəlkə də, analoqu olmayan reallıqlarla qarşılaşacağıq. Bu analoqsuzluğun səbəbini din amili, yəni iki başqa dindən olan ölkənin bir-birini dəstəkləməsi, ya da qonşuluq münasibətləri üzərindən xarakterizə etmək məsələnin mahiyyətini dəyişmək olar. Din amilinin İran-Ermənistan münasibətləri fonunda müsəlman-xristian faktoru baxımından yox, (çünki bu, dünya miqyasında analoqu olan, bir çox ölkələr arasında mövcud olan əlaqələrə təsir edən və ya etməyən faktordur) müsəlman dininin qonşularına yaxşı münasibət bəsləmək, dinindən asılı olmayaraq bütün qonşularına yardım etmək, köməklik göstərmək, dəstək olmaq kontekstindən yaxınlaşmaq bucağından baxılması da bu analoqsuzluğun səbəbini izah edən yaxınlaşma deyildir. Əsl müsəlman ölkəsi zatən belə olmalıdır, amma İran-Ermənistan münasibətlərinin analoqsuzluğunun əsas məntiqi onları bir-birilərinə bağlayan səbəblərin süniliyi, saxtalığıdır. Saxtalığın başlıca səbəbi tarixi qorxuları olub. Yenidən tarix səhnəsindən getmək, tarixin arxivinə atılmaq olub". Azər Qasımovun sözlərinə görə, İran rejimi Ermənistanı ayaqda saxlayıb ki, özü də ayaqda qalsın: "Ermənistan İran rejiminin ən qorxulu yuxusu olan Türk birliyinin birləşməsi yolunda təbii maneədir. Bu, İran və Ermənistanın Türk dövlətlərinin inteqrasiyanın qarşısını almaq üçün tarixi vəzifələridir. Zəngəzur dəhlizi, ümumiyyətlə, Qərbi Zəngəzur toponiminin İran və Ermənistanı özündən çıxaracaq qədər hiddətləndirəcək ikinci söz birləşməsi, fikrimcə, mövcud deyildir. Ona görədir ki, "Zəngəzur dəhlizi" anlayışı gündəmə gələn gündən İran sanki dəliyə dönüb. Azərbaycan sərhəddindəki təlimləri, İran rejiminin rəsmilərinin bəyanatları, atdıqları addımlar bunu sübut edir. Qafanda İran konsulluğunun açılması faktı onu göstərir ki, İran rejimi üçün Zəngəzur həyatı əhəmiyyət kəsb edir və onun əldən verilməsini hər iki ölkənin uzaq planda baş verəcək proseslərlə tarixin səhnəsindən silinməsi kimi qəbul edirlər. Tez-tez İranın qırmızı xəttindən danışırlar. İranın, nə İslamın yaşıl, nə də qara qəng anlayışı ilə üst-üstə düşməyən qırmızı xətti, təkcə İslamın üz qarası anlayışı ilə üst-üstə düşür. Bu baxımdan İran İslamın bətnində bir qara yara kimi üz qarası olmağa davam edir".
Politoloq qeyd edib ki, əslində İranın Ermənistana təsir gücü digər ölkələrdən praktiki olaraq daha çoxdur: "Ermənistanın durumuna baxsaq, İran qədər ona dəstək olan, maddi və mənəvi baxımdan Ermənistan üçün güvən verən, ən əsası isə ona etibar edilə biləcəyi qarantiyası verə bilən ikinci ölkə yoxdur. İran 30 ilə yaxın dövrdə Azərbaycan torpaqlarının işğalda qalmasında Ermənistana yardım edən, ona dəstək verən əsas və həlledici ölkə idi. Azərbaycanın güclənməsini özünə təhlükə hesab edən İranın Ermənistanı dəstəkləmədən başqa yolu yox idi. Güclü Azərbaycan bir gün İranda yaşayan 40 milyon azərbaycanlının hüquqlarının qorunmasını tələb edəcəkdi, onlara azadlıq mübarizəsində ümid işığı olacaqdı. Ən nəhayətdə Bütöv Azərbaycan yaranması ideyası İran regiminin qorxulu yuxusu idi".
Azər Qasımov onu da vurğulayıb ki, 44 günlük Azərbaycan-Ermənistan müharibəsi dövründə müharibənin uzanmasını şərtləndirən səbəblərdən biri də İranın ərazisindən silah-sursatın, texnikanın daşınması, kəşfiyyat məlumatlarının ötürülməsi idi: "Rusiyanın Həştərxan limanından İranın Ənzəli limanına gəmi ilə, ordan da İran Culfasının Norduz keçid məntəqəsindən Ermənistana Qərbi Zəngəzurla daşınan texnikaların sayı-hesabı yox idi. Bu və bu kimi faktlar barəsində çox danışılıb, yazılıb. Təkrar etməyə ehtiyac yoxdur. Bunlar göz önündə olan faktlar idi".
Politoloq onu da diqqətə çatdırıb ki, İran-Ermənistan cütlüyünün əsas ortaq fəaliyyəti narkotrafik və narkoticarətdir: "İran beynəlxalq narkotik istehsalçısı və tədarükçüsü kimi istehsal etdiyi və ərazisindən tranzit keçən narkotik dövriyyəsini Ermənistan ərazisindən digər ölkələrə ötürür. İşğal dövründə Azərbaycan ərazilərində əkilən və istehsal edilən narkotik də bu trafikin tərkib hissəsi idi. İran işğala son qoyulandan sonra bu işi Xankəndi və ermənilərin əlində olan ətraf ərazilərdə indi də həyata keçirir. Xankəndi-Laçın yolunun Şuşa ərazisində ekoloji terror səbəbindən azərbaycanlı ekoaktivistlər tərəfindən 50 gündən çoxdur aksiyanın keçirilməsi və ərazidən yalnız mülki məqsədlər üçün gediş-gəlişin təmin olunması narkoticarətə vurduğu zərbə baxımından İranın açıq şəkildə bu aksiyaya etiraz etməsinə səbəb olub. Bir müddət öncə İrandan Xankəndiyə gələn iki 13-14 nəfərlik qrupların hərbi təlimatçılar olduğunu qeyd etmişdilər, amma hesab edirəm ki, onlar həmin narkotik vasitələr istehsal edən insanlar idi. Qruplar şəklində Xankəndiyə gəlmişdilər. Hərbi təlimatçıların İrandan gətirilməsində heç bir məntiq yox idi, xüsusən də, rus və erməni təlimatçılar olan yerdə. İstehsal edilən narkotiklər isə yanacaq gətirən maşınlarla ərazidən çıxarılırdı. Gorus-Qafan yolunun Zəngilan ərazisində Azərbaycan tərəfində qalan 25 km hissəsindən istifadə edən İran yanacaq maşınlarının və TIR-larının gediş haqqı bəhanəsi ilə marşrutlarını dəyişib, kənd arası yollarla yoxlamadan qaçmaq üçün hansı əziyyətlər çəkdiyinin video görüntüləri hələ yaddan çıxmayıb. Bunlar həmin narkotik daşıyan maşınlar idi".
Politoloq sonda onu da deyib ki, İran və Ermənistan özlərini gah qardaş, gah da bacı elan etdilər: "Bunda sərbəstdirlər, amma bu bacı-qardaş məhəbbətinin kökündə nə durduğunu dərindən fikirləşmək yerinə düşər. Bacı-qardaş anlayışının fərdlər arasında olduğunu nəzərə alsaq, İranın siğə etməklə məşğul və məşhur olan mollasının duası ilə erməni bacılarının münasibətinin nəyə qulluq etdiyi hamıya məlum olur. Xankəndidə rus sülhməramlılarının ora gələndən sonra erməni axçiləri arasında doğum hallarının artmasına səbəb olmasının bununla heç bir fərqi yoxdur. İrəvan küçələrində turist adı ilə avaralanan iranlıların, TIR sürücülərinin məqsədlərinin erməni axçiləri ilə əylənmək olduğunu deməyə ehtiyac yoxdur. Rus və ermənidən əmələ gələnləri Rusiya televiziya kanallarında çox görmüşük, amma molla siğəsi ilə ermənidən əmələ gələnlər yəqin ki, xüsusi keyfiyyətləri ilə seçiləcəklər. Vaxtı ilə sovet dövründə Azərbaycanda olduğu kimi. İndi də onlardan canımızı qurtara bilmirik".
S.İsmayılbəyli