Prezident İlham Əliyev ukraynalı həmkarına başsağlığı verib
18 Yanvar 2023 22:31 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması ilə əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, məktubda deyilir: "Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi".
Dövlətimizin başçısı bu faciə ilə əlaqədar Volodimir Zelenskiyə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31