Qlobal güclər beynəlxalq siyasətdə və iqtisadiyyatda yeni formatı gətirməkdədirlər - ÖZƏL

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Azərbaycan cəmiyyətində birliyin, bütünlüyün məzmununa ictimai münasibətin öyrənilməsi məqsədilə rəy sorğusu keçirib. Bu məqsədlə, respondentlərə "Azərbaycan cəmiyyətinin birliyini, bütünlüyünü necə görürsünüz?" sualı ünvanlanıb. Nəticələrə əsasən, respondentlərin əsas hissəsi, 32,5%-i Azərbaycan cəmiyyətinin birliyini siyasi birlik kimi xarakterizə edib. Politoloq Zaur Məmmədov bildirib ki, sorğunun cavabları onu göstərir ki, bu hadisəni daha çox Rusiya - Ukrayna arasında davam etməkdə olan müharibə və qlobal qiymət artımı ilə bağlayırlar. Hərçənd, bəzi digər amillərin təhlili (gömrük, şəbəkələrin sahibkarlara təsirləri) ümumi işin müsbət məcrada inkişafına töhfə verə bilərdi. Misal üçün, dərman qiymətləri və dərmanların keyfiyyəti və digər daxildə istehsal olmayan sahələr: "Aydındır ki, mövcud vəziyyət surətlə davam edəcək və bütün dünyada bu tendensiyanın yaranmasının səbəbləri var. Görünən odur ki, qlobal güclər müharibədən sonra beynəlxalq siyasətdə və iqtisadiyyatda yeni formatı gətirməkdədirlər. Milli iqtisadiyyatlar isə, formalaşmaqda olan yeni sistemə hazırlıqlı olmalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31