Dəfn üçün sosial müavinətin məbləği 500 manat oldu
13 Yanvar 2023 10:44 SiyasətPrezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat müəyyən olunub.
Dəyişiklik 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31