Ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 manat oldu
13 Yanvar 2023 10:35 SiyasətPrezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 (yüz iyirmi) manat müəyyən olunub.
Dəyişiklik 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31