Deputat səfirə rəsm əsəri hədiyyə edib - ÖZƏL

Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Ferqus Auld ölkəmizin AŞPA-dakı nümayəndə heyətini öz iqamətgahında şam yeməyinə dəvət edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili, Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov məlumat verib: "Mən cənab səfirə Sabirabadlı gənc rəssam Şəbnəm Abbasovanın SabirArt layihəsi çərçivəsində Şuşada keçirdiyi etüd nəticəsində ərsəyə gətirdiyi rəsm əsərini hədiyyət etdim. Cənab səfir rəsm əsərini çox bəyəndiyini və Sabirabadlı gənc rəssama uğurlar arzu etdiyini bildirdi.Yüksək qonaqpərvərlik və maraqlı söhbət üçün də cənab səfir Ferqusa təşəkkür edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31