Bu yanaşma ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə də geniş şəkildə tətbiq olunurdu - ÖZƏL
12 Yanvar 2023 16:53 Siyasət"Azərbaycan dövləti, onun lideri hər zaman Cənubi Azərbaycanlılar və onların hüquqlarının təmin olunması ilə bağlı ciddi mövqe ortaya qoyub".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.
"Bu yanaşma hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə də geniş şəkildə tətbiq olunurdu. Qərbi azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ümumilli liderimiz Heydər Əliyevin tarixi sərəncamı da mövcuddur. Azərbaycan Prezidenti cənab İlham Əliyev də qərbi azərbaycanlıların hüquqlarının qorunması və onların öz ata-baba yurdlarına qayıdışı ilə bağlı mövqeyi hər zaman açıq, dəqiq və qətiyyətlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31