Fransanın dünyada təsir gücü azalıb- ÖZƏL
12 Yanvar 2023 15:02 Siyasət"Fransa dövləti prezident Emmanuel Makronun rəhbərliyi altında son bir neçə ildə dünyanın müxtəlif yerlərində, Şimali Afrika, Aralıq dənizi, Yaxın Şərqdə və Cənubi Qafqazda aktivlik nümayiş etdirir. Bu bölgələrdə öz nüfuz dairəsini genişləndirməyə çalışır. Ancaq, bu cəhdlərin bir çoxu uğursuzluğa düçar olub. Biz Liviya savaşı, Şərqi Aralıq dənizi məsələsində Yunanıstanı dəstəkləyib, Türkiyəyə qarşı çıxış etdiyini gördük. Daha sonra isə bu fikrindən daşınmaq məcburiyyətində qaldı. Yaxın və Orta Şərqdə, Livanda baş verən hadisələr onu göstərir ki, Fransanın bu proseslərə təsir etmək şansı azalıb".
Bu sözləri Olaylar.az-a politoloq Oqtay Qasımov deyib.
"Cənubi Qafqaza gəldikdə isə burada Fransanın dəstəklədiyi Ermənistan yerləşir. Ermənistan vasitəsilə Fransa burada nüfuzunu artırmaq istəyir. Nəzərə almır ki, bölgədə daha güclü geopolitik güclərin rəqabəti var. Bu rəqabətdə Fransanın uduş əldə etməsi çox çətindi. Bölgədə ən ciddi rola sahib ölkə Rusiyadır. Onun Ermənistan ərazisində hərbi bazası var. Ancaq, bütün hallarda onun istəkləri həyata keçməyəcək".