Ruben Vardanyan kimi avantürist layihələrin perspektivi yoxdur - ÖZƏL

"Aksiya, hələlik qarşıya qoyulan məqsədə tam çatmasa da, demək olar ki, özünü doğrultdu. Artıq ermənilər və onlara havadarlıq edənlər dərk etdilər ki, Azərbaycan xalqı öz sərvətlərindən, haqqı olanlardan vaz keçən deyil". Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Xankəndi-Laçın yolunda 1 aydan artıqdır Qarabağdakı ekoloji terrora qarşı keçirilən dinc aksiyaya münasibət bildirərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Qarabağda yaşayan ermənilərin, Azərbaycanın qanunlarından kənar hansısa xüsusi statusu olmayacaq və Ruben Vardanyan kimi avantürist layihələrin perspektivi yoxdur: "Növbəti addımlara gəldikdə isə, hesab edirəm ki, aksiya davam etdirilməlidir. Mülki şəxslərin, humanitar yüklərin, minik avtomobillərinin sərbəst keçidi təmin olunmalı, qanunsuz yüklərin, təxribatçı dəstələrin dinamikası nəzarət altına alınmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31