Hazırda danışıqlar prosesi dalana dirənib - ÖZƏL
12 Yanvar 2023 11:45 Siyasət"Hazırda danışıqlar prosesi dalana dirənib. Ermənistan Fransanın təhrikləri ilə, destruktiv fəaliyyətini davam etdirir. Hindistandan, İrandan və bəzi ölkələrdən silah alır. Azərbaycan əleyhinə informasiya müharibəsinə davam edir, beynəlxalq təşkilatlarda, sözün əsl mənasında donosçuluqla məşğul olur". Bu fikirləri "OLAYLAR"-a səsləndirən Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, deməli, ermənilər yaşadıqlarından lazımi nəticələr çıxarmayıblar: "Başa düşməlidirlər ki, Azərbaycan Prezidentinin sözü ilə əməli üst-üstə düşür. Təkcə, ötən il keçirilən üç lokal əməliyyatların nəticələrini təhlil etməlidirlər. Cənab Prezident haqqlı olaraq, xəbərdarlıq elədi ki, yeni aldığınız silahlar sizə kömək etməyəcək. Təxribatlara davam edəcəksinizsə, bu sizə baha başa gələcək. Ermənistanın Azərbaycanla müharibə aparması üçün nə iqtisadi, nə də ki, hərbi potensialı var". Millət vəkili hesab edir ki, cənab Prezidentin növbəti xəbərdarlığı erməniləri hadisələrə real baxmağa məcbur edəcək.