Azərbaycanın sədrliyi ilə Tehranda İƏT Şurasının ilk iclası keçirilib - FOTO

Bu gün Tehranda Azərbaycanın sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Daimi Nümayəndələr Şurasının ilk iclası keçirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.

"Azərbaycanın 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində bu gün Tehranda Təşkilatın Daimi Nümayəndələr Şurasının ilk iclası keçirilib", - deyə paylaşımda bildirilib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31